Britaniyanın ən təbii gözəli seçildi
15 May 2012 17:48 MədəniyyətFlorens Kolqeyt məhz elmi hesablamalar yolu ilə bu yerə layıq görülüb. İngiltərədə 18 yaşlı Florens Kolqeyt Britaniyanın ən təbii gözəli seçilib. Bu gözəlçənin simasının tam qüsürsuz, mükəmməlcəsinə simmetrik olduğu müəyyənləşib. İri gözlər, təbii dolu dodaqlar və uzunsov almacıq sümüyü Florensi özünəməxsus gözəllik verir. 18 yaşlı gənc, 8 min namizəd arasında ilk beşliyə düşməyin inanılmaz olduğunu deyib. Müsabiqənin qaydalarına görə namizədlər şəkillərini tam makiyajsız göndərməli olub. Ən təbii gözəl müsabiqəsinin qalibi münsiflərin subyektiv baxışları əsasında deyil, məhz elmi hesablamalar sayəsində müəyyən edilib. Alimlər insanın üz obyektləri arasındakı məsafələrin və həmin obyektlərin uzunluq və enliliklərinin gözəllik faktoru baxımından böyük önəm kəsb etdiyini bildirir. Yerli restoranda işləyən Florens, bununla belə, hələ ki məşhurlaşmadığını deyir. O, bir model qismində şirkətlərdən gəlirli təklif almayacağı təqdirdə, iqtisadiyyat üzrə təhsil almağı planlaşdırır.