“Jedward” pərəstişkarlarını “popkorn”a qonaq etdi
15 May 2012 17:48 MədəniyyətSəhnədə su şousu təqdim edən İrlandiya təmsilçiləri özlərinə rəqib hesab etdikləri iştirakçıları açıqladılar. Ötən gün "Bakı Kristal Zalı"ndakı məşqlərdə səhnəyə son olaraq "Jedward" qardaşları çıxıb. Səhnədən mətbuat konfransı zalına media mənsubları və pərəstişkarları ilə görüşə yollanan "Jedward" yenə də auditoriyanı coşdurub. Hər tərəfə popkorn yağdıran İrlandiya təmsilçiləri pərəstişkarlarını salamlayıb. "Eurovision-2012"-də "Waterline" mahnısı ilə təmsil olunan "Jerward" səhnədə su şousu nümayiş etdirib. İrlandiyanın təmsilçi qrupu builki yarışmada özlərinə İsveçrənin nümayəndəsi Lorin və Rusiyanın təmsilçisi "Buranovskiye babuşki"ni görür.
Mətbuat konfransında John və Edvard qardaşlarını İrlandiyanın 1992-ci ildəki Eurovision Mahnı Müsabiqəsinin qalibi Linda Martin də müşaiyət edib.