“Eurovision 2012”nin azərbaycanlı şərhçilərinin adı məlumdur
15 May 2012 16:31 MədəniyyətBakıda keçiriləcək "Eurovision 2012" Mahnı Müsabiqəsini canlı yayımda şərh edəcək aparıcıların adları məlumdur.Bunlar İctimai Televiziyanın tanınmış simaları Könül Arifqızı və Saleh Bağırovdur. Bu barədə Lent.az-a açıqlama verən Saleh Bağırov bildirib ki, hər iki aparıcı "Eurovision"un final və final günündə İTV-nin canlı yayımında müsabiqəni Azərbaycan tamaşaçıları üçün şərh edəcəklər. Bundan başqa, 26 may - final gecəsində Azərbaycanın xal verdiyi ölkələrin adlarını Saleh Bağırov səsləndirəcək.Qeyd edək ki, "Bakı Kristal Zalı"nda keçiriləcək şounun aparıcıları Leyla Əliyeva, Nərgiz Birk-Petersen və Eldar Qasımovdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31