“Univision” mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçirilir
15 May 2012 14:45 MədəniyyətGənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə olaraq Azərbaycanda ilk dəfə reallaşdırdıqları tələbələr arasında"Univision" mahnı müsabiqəsinin yarımfinal mərhələsidir. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbir Heydər Əliyev adına Sarayda gercəkləşəcək. İki mərhələdə keçiriləcək yarışmanın finalına 24 universitetdən 10-u vəsiqə qazanacaq. Qalibləri müəyyən edən final 17 may tarixində baş tutacaq. 1-ci yerin qalibinə "Univision" layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim ediləcək. Bundan əlavə qalib şəxs ATGTİ-nin fəaliyyətinə geniş şəkildə cəlb ediləcək və təşkilatın müəyyən layihələrinin siması olacaq. Nazirlikdən bildirilib ki, növbəti illərdə yarışmanın MDB məkanına çıxarılması nəzərdə tutulub. Bununla yanaşı Avropa universitetlərinin də "Univision" tələbə mahnı müsabiqəsinə qoşulması istiqamətində müəyyən işlər aparılır.