"Eurovision-2012"nin 2-ci yarımfinalında çıxış edəcək ifaçıların məşqləri başladı

Bu gün 9 təmsilçinin məşqi və mətbuat konfransı olacaq

"Eurovision-2012" mahnı müsabiqəsinin 2-ci yarımfinalının iştirakçılarının məşqləri başlayıb. ANS PRESS-in "Bakı Kristal Zalı"nda olan müxbirinin verdiyi məlumata görə, artıq Serbiya təmsilçisi Zeljko Yoksimoviç "Bakı Kristal Zalı"n səhnəsində məşq edir. Bu gün məşqə ilk başlayan serbiyalı ifaçı onlara ayrılan 40 dəqiqəlik məşqdən sonra elə ilk mətbuat konfransını keçirəcək təmsilçi olacaq. Xarici və yerli jurnalistlər artıq Mətbuat Mərkəzində işə başlayıblar.Bu gün 15 mayda məşq və mətbuat konfransı keçirəcək təmsilçilər 24 mayda baş tutacaq "Eurovision-2012" mahnı müsabiqəsinin 2-ci yarımfinalında "Bakı Kristal Zalı"n səhnəsində çıxış edəcəklər.

Təmsilçilər aşağıdakı ardıcıllıqla öz şoularını təqdim edəcəklər: Serbiya - Zeljko Yoksimoviç, Makedoniya - Kaliopi, Niderland - Joan Franka, Malta - Kurt Kalleya, Belarus - "Litesound", Portuqaliya - Filipa Sousa, Ukrayna - Qaytana Essami və Bolqarıstan - Sofi Marinova.

Bu gün məşq və mətbuat konfransı keçirəcək təmsilçilər haqqında qısa məlumat:
Serbiya / Zeljko Yoksimoviç
Serbiya Bakıda keçiriləcək Eurovison Mahnı Müsabiqəsində təmsilçisini elan edən ilk ölkələrdən biridir. RTS telekanalı daxili seçkilər nəticəsində ölkəni Zeljko Yoksimoviçin (Zeljko Joksimovic) təmsil etməsinə qərar verib. O, "Eurovision-2004"də Serbiya və Monteneqronu təmsil edərək 2-ci yerə layiq görülüb. Zeljko həmçinin Bosniya və Herseqovinaya "Eurovision 2006"da 3-cü yeri qazandıran "Lejla" mahnısının müəllifidir. Eləcə də Serbiya təmsilçisinin "Eurovision-2008"də ifa etdiyi mahnının və Azərbaycanın "Eurovision-2010"dakı mahnısının Balkan versiyasını hazırlayıb. Zeljko Yoksimoviç "Eurovision-2012" də ifa edəcəyi mahnını özü bəstələyib.

Makedoniya / Kaliopi
Makedoniyanın milli yayımçısı olan "MKRTV" Eurovision 2012-də ölkəni Kaliopi adlı müğənninin təmsil edəcəyini açıqlayıb. Kaliopi Bukle Balkanlarda məşhur müğənnilərdəndir. O, vətənində 100-dən çox konsert verib, teatr və filmlərdə çıxış edib.

Niderland / Joan Franka
Əslən türk olan Joan Frankanın əsl adı Aytən Kalandır. 1990-cı il, aprelin 2-də Niderlandda doğulub. Musiqi karyerası 2010-cu ildə "The Voice of Holland" müsabiqəsindən başlayıb. Həmin layihədən sonra populyarlıq qazanan Joan prodüsserlərin diqqətini çəkib. Elə bunun nəticəsində ilk musiqi albomunu hazırlamağa müvəffəq olub. Teatr, poeziya və musiqi həyatının əsas hissəsidir. Bakıdakı Eurovision şousunda "You and me" mahnısı ilə çıxış edəcək.

Malta / Kurt Kalleya
Bəstəkar və müğənni Kurt Kalleya (Kurt Calleja) 1989-cu ildə, mayın 5-də anadan olub. O, Londonda bir çox məşhur klubların səhnəsində çıxış edib. 2010 və 2011-ci illərdə Maltanın Milli Seçim turlarının iştirakçısı olub. Bu il Milli Finalda 16 iştirakçı arasından qalib seçilib. Bakıda ölkəsini "This is the night" mahnısı ilə təmsil edəcək.

Belarus / "Litesound"
Belarusu Eurovision Mahnı Müsabiqəsi 2012-də "Litesound" rok qrupu təmsil edəcək. Qrup üzvləri Bakı səhnəsində "We are The Heros" mahnısıyla çıxış edəcək. "Litesound" qrupu 2005-ci ildə Dmitri və Vladimir Karyakin qardaşları tərəfindən yaradılıb. Qrup üzvləri nəinki Belarusda, onun hüdudlarından kənarda da xeyli populyardırlar. "Litesound" 2006-cı ildə İtaliyanın Internazionale di Maiori festivalında birinci yeri tutub. Qrupun "Solo Per Te" mahnısı isə 20 həftə müddətində İtaliya hit-paradlarının zirvəsində olub. 2006-cı ildən Belarusun Eurovision Mahnı Müsabiqəsi üzrə Milli Seçimlərində iştirak ediblər. Belarusu Eurovision Mahnı Müsabiqəsi 2012-də "Litesound" rok qrupu təmsil edəcək. Qrup üzvləri Bakı səhnəsində "We are The Heros" mahnısıyla çıxış edəcək. "Litesound" qrupu 2005-ci ildə Dmitri və Vladimir Karyakin qardaşları tərəfindən yaradılıb. Qrup üzvləri nəinki Belarusda, onun hüdudlarından kənarda da xeyli populyardırlar. "Litesound" 2006-cı ildə İtaliyanın Internazionale di Maiori festivalında birinci yeri tutub. Qrupun "Solo Per Te" mahnısı isə 20 həftə müddətində İtaliya hit-paradlarının zirvəsində olub. 2006-cı ildən Belarusun Eurovision Mahnı Müsabiqəsi üzrə Milli Seçimlərində iştirak ediblər.

Portuqaliya / Filipa Sousa
Filippa Aleksandra Nunis Alves de Sousa 1985-ci il, martın 2-də doğulub. 6 yaşından musiqi ilə məşğuldur. 12 yaşında konservatoriyaya daxil olan Filipa çoxsaylı müsabiqələrin qalibidir. Onun səsindəki ahəngdarlıq müxtəlif üslublarda (fado, pop, rok və s.) uğurlu ifaya imkan verir. Portuqaliyanı 57-ci Eurovision Mahnı Müsabiqəsində "Vida Minha" ("Mənim həyatım") mahnısı ilə təmsil edəcək.

Ukrayna / Qaytana Essami
Qaytana Essami (Gaitana Essami) 1979-cu ildə Kiyevdə doğulub. Atası Konqolu olan Qaytana 5 yaşına kimi Konqoda yaşayıb. Müğənni kimi karyerasına isə 1991-ci ildən başlayıb. 2003-cü ildə ilk musiqi albomu çıxıb. Milli finalda 21 ifaçı arasından Ukraynanın Eurovision 2012 təmsilçisi seçilib. Müsabiqədə "Be my guest" mahnısını ifa edəcək.

Bolqarıstan / Sofi Marinova
Sofi Marinova 1975-ci il, dekabrın 5-də doğulub. Qaraçı mənşəli bu müğənni 5 oktavadan artıq geniş səs diapazonuna sahibdir. Repertuarında pop-folklor və etnik musiqi janrları üstünlük təşkil edir. Onun mahnılarından ibarət "Stari Rani" toplusu ən çox gəlir gətirən musiqi albomları siyahısındadır. Bolqarıstanı Eurovision Mahnı Müsabiqısi 2012-də "Love Unlimited" mahnısı ilə təmsil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31