“Eurovision” təmsilçisi saz çaldı, xalça toxudu

Belçikanın "Eurovision-2012" Mahnı Müsabiqəsindəki təmsilçisi İris mayın 14-də İçərişəhərdə olub.Lent.az-ın "eurovision.az" saytına istinadən verdiyi xəbərə görə, təmsilçi Azərbaycanın milli geyimlərində foto çəkdirib. Bir qədər saz çalan müğənni xalça da toxuyub.Qeyd edək ki, mayın 13-dən etibarən "Eurovision"un birinci yarımfinalının 18 iştirakçısının hər biri "Bakı Kristal Zalı"nda məşqlər ediblər və mətbuat konfransı keçiriblər.Mayın 15-dən etibarən isə "Eurovision" Mahnı Müsabiqəsinin ikinci yarımfinalında çıxış edən ölkələrin təmsilçilərinin məşqləri başlayacaq. Bu gün Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna, Bolqarıstan ilk məşqlərini edəcək və mətbuat konfransı keçirəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31