Rusiyalı nənələr "Kristal Zal"ın səhnəsinə soba ilə çıxdılar VIDEO

Nənələrin çıxışı Mətbuat Mərkəzində ayaqüstə izlənilib

Rusiyanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçiləri "Buranovskiye babuşki" "Bakı Kristal Zalı"n səhnəsində ilk məşqlərini edib. Eurovision.az saytı xəbər verir ki, nənələr Bakıdakı şoularında səhnəyə soba çıxarıblar. Rusiyalı təmsilçilərin şousu maraqla qarşılanıb. Nənələrin çıxışı Mətbuat Mərkəzində də ayaqüstə izlənilib.
Daha bir maraqlı məqam isə Mətbuat Mərkəzində nənələrin xüsusi stendinin qoyulması olub. Burada "Buranovskiye babuşki"lərin fanatları foto çəkdirə bilər. Nənələr hazırda mətbuatla görüşə hazırlaşırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31