“Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir”
Mövzuya həsr olunmuş elmi konfrans keçirildi
14 May 2012 18:10 MədəniyyətAMEA Hüseyn Cavidin Ev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan "Heydər Əliyev: "Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir" mövzusunda elmi konfrans keçirilib. AMEA mətbuat xidmətinin məlumatına görə, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunan sərgi nümayiş etdirilib. H.Cavidin Ev Muzeyinin direktoru, fil.e.d. Gülbəniz Babaxanlı "Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi ümummilli lider Heydər Əliyevin xidmətidir" mövzusunda məruzə edib. Məruzəçilər ümummilli lider Heydər Əliyevin "Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir" kəlamını əsas tutaraq H.Cavid yaradıcılığının bənzərsiz sənətkarlıq xüsusiyyətlərindən, orijinallığından, ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan bəhs ediblər. ("OLAYLAR"İA)