Albaniya “Eurovision-2012” təmsilçisi “Bana-bana gəl” oxudu
14 May 2012 15:29 MədəniyyətAzərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsində Albaniyanı təmsil edən Rona Nişliu ötən gün Qız Qalasından şəhər görüntüsünü saatlara izlədiyini də Bakıya vurulduğunu deyib. Gün.Az xəbər verir ki, Rona eurovision.az saytına açıqlamasında ilk fürsətdə yenidən şəhər gəzintisinə çıxacağını bildirib. Təmsilçinin sevdiyi dillərdən biri isə türk dilidir və o, bu dildə kifayət qədər səlist danışa bilir. Rona türk dilini televiziya verilişlərinin köməyi ilə öyrənib. O, bu dilə olan marağını nənəsinin türk əsilli olması ilə əlaqələndirib.Rona Nişliu "Bakı Kristal Zalı" səhnəsində ilk məşqdən sonra media nümayəndələri ilə də görüşüb. O, caz musiqisinə heyranlığından danışıb və Azərbaycan musiqisi, xüsusilə də milli mahnılarımızla cazın mükəmməl sintezinə vurğun olduğunu deyib. Vaqif və Əzizə Mustafazadələr onun ən çox dinlədiyi caz ustalarıdır. Rona Nişliu ekspromt olaraq "Bana- bana gəl" Azərbaycan mahnısını səsləndirib.