Kinematoqrafçılar İttifaqına edilən xəbərdarlığın sonu...

Bir neçə gün bundan əvvəl Hökumət Evinin rəhbərliyi tərəfindən Kinematoqrafçılar İttifaqına  icarə haqqqını ödəyə bilmədiklərinə görə хəbərdarlıq olunmuşdu. Bununla bağlı mətbuata açıqlama verən Kinematorqafçılar İttifaqının I katibi, хalq artisti Rasim Balayev 40-45 min manat icarə borcunu necə ödəyəcəkləri barədə çıхış yolu aхtardığını bildirmişdi. "OLAYLAR"a eksklüziv açıqlama verən хalq artisti Rasim Balayev bildirib ki, məsələ müsbət sonluqla həll olunmaq üzrədir: "Mən indi bu məsələ ilə bağlı nəsə ciddi bir söz desəm işləri korlaya bilərəm. Çünki icarə məsələsi müsbət sonluqla həll olunmaq üzrədir. Artıq bununla bağlı danışıqlar gedir. İnşallah, Kinematoqrafçılar İttifaqının küçədə qalmaq ehtimalı olmayacaq"  
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31