"Bakı Kristal Zalı"nda 42 təmsilçi ölkədən 9-nun ilk məşqi və mətbuat konfransı keçirildi
Təmsilçilər Xəzər dənizi sahilində inşa olunmuş arenanın möhtəşəmliyindən danışdılar
14 May 2012 13:26 MədəniyyətBu gün Eurovision Mahnı Müsabiqəsi 2012 çərçivəsində iştirak edən 42 ölkədən 9-nun "Bakı Kristal Zalı"nda ilk məşqi və mətbuat konfransı uğurla başa çatıb. Eurovision.az saytı xəbər verir ki, Eurovision 2012 səhnəsində Monteneqro təmsilçisi Rambo Amadeus, Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou, Latviyadan Anmari, İslandiya təmsilçisi Qreta Salome və Jonsi, Albaniyanın nümayəndəsi Rona Nişliu, Rumıniya təmsilçisi "Mandinga", İsveçrə təmsilçisi "Sinplus", Belçikadan İris və Finlandiya təmsilçisi Pernilla möhtəşəm səhnədə uğurla çıxış ediblər.
Mətbuat konfransında iştirak edən təmsilçilərin hər biri jurnalistlərə Bakıya olan sevgilərini və məhəbbətlərini dilə gətiriblər. Burdakı ab-havanın ilk gündən onlara xoş təsir bağışladığını və məmnun olduqlarını söyləyiblər. Təmsilçilər arenada hər bir incəliyin bütün detallara qədər nəzərə alındığını bildiriblər.