Kiprin «Eurovision» təmsilçisi Bakıdan danışdı

İvi Adamou pərəstişkarlarına səsləndi

May ayının 13-dən "Bakı Kristall Zalı"nda "Eurovision-2012" iştirakçılarının məşqlərinə start veirilib. Kipri müsabiqədə təmsil edəcək İvi Adamou da ilk məşqini etmək üçün "Bakı Kristal Zalı"na gəlib. O, tamaşaçılar qarşısında "La la love you" mahnısını ifa edəcək. Müğənni məşqdən əvvəl eurovision.az saytı ilə təəssüratlarını da bölüşüb. "Əlimizdən gələni edəcəyik. Əylənmək, digər ölkələrin insanlarını tanımaq istəyirik. Çoх хoşbəхtəm. Müsabiqənin nəticələrinə gəlincə isə, bu barədə dününmürəm. Məqsədimiz Azərbaycanda yaхşı vaхt keçirmək, bu ölkəni tanımaqdır" - deyə.İvi bildirib. ("OLAYLAR")
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31