Tarkan yeni rekordlar vurur

Türkiyənin ən populyar müğənnisi olan Tarkan son iki ildə təkrarlanması və keçilməsi çox çətin rekordlar vurub. Milli.Az "Milliyet"ə istinadən bildirir ki, meqastar son iki ildə "Kral TV Müzik Ödülleri" mərasimində 12 mükafat alıb. Tarkanın 425 min tirajla satılmış "Adımı Kalbine Yaz" albomu "Sevdanın Son Vuruşu" mahnısı ötən il 9 mükafata layiq görülmüşdü.
Bu il isə 18-ci "Kral TV Müzik Ödülleri"ndə Ajda Pekkanın oxuduğu "Yakar Geçerim" maşnısı "Ən yaxşı mahnı", "Ən yaxşı bəstə" və "Ən yaxşı mahnı sözləri" nominasiyalarında qalib gəlib.
Həmin mahının musiqisi və sözləri Tarkana məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31