Akademik Milli Dram Teatrının «Yaşlı xanımın gəlişi»

Sabah Akademik Milli Dram Teatrında F.Dürrenmattın "Yaşlı xanımın gəlişi" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək. Səhnə əsərinin quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu rəssamı Zöhrab Bəykişiyev, bəstəkarı Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, rejissor assistenti Vüqar Məmmədovdur. Tamaşada yeganə qadın obrazı olan yaşlı xanım Veşeri Əməkdar Artist Sənubər İsgəndərova canlandırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31