İki gündən sonra “Bakı Kristal Zalı”nın səhnə işıqları yanacaq
11 May 2012 15:06 MədəniyyətBakının ev sahibliyi edəcəyi 57-ci "Eurovision" Mahnı Müsabiqəsi həftəsi iki gündən sonra start götürür."Azadinform" müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, mayın 13-dən etibarən "Eurovision-2012"-nin səhnəsi sayılan "Bakı Kristal Zalı"nın möhtəşəm işıqları altında şouda təmsil olunan ölkə təmsilçilərinin iştirakı ilə məşqlər başlayacaq.
"Eurovision" Mahnı Müsabiqəsinin şou tərəfdaşı "Brainpool" şirkətinin rəhbəri Yorq Graboş Avropanın ən nüfuzlu televiziya şousunun hər zamankından çox fərqli olacağını söyləyib: "Şou hazırlıqlarına 800-ə yaxın işçi cəlb olunub. Bu, ən böyük televiziya şoularından biri, bəlkə də ən böyüyüdur. Azərbaycandakı bu şou daha möhtəşəm olacaq!"
"Eurovision-2012" şousunun aparıcıları Eldar, Leyla və Nərgiz də bu mötəbər layihəni tamaşaçılara təqdim etməyə tam hazırdırlar.