Müğənnilər “Eurovision-2012” mahnı müsabiqəsinə bilet alıblar?!
11 May 2012 14:30 MədəniyyətMöhtəşəm "Eurovision-2012" Mahnı Müsabiqəsinin keçirilməsinə az vaxt qalıb. Artıq müsabiqənin biletləri də satılıb. Bəs görəsən şou-biznües nümayəndələri müsabiqədə iştirak etmək üçün bilet tədarükü görüblərmi? İlk müsahibimiz əməkdar artist Elza Seyidcahan oldu:
- Mən Bəstəkarlar İttifaqının üzvüyəm. Əslində Eurovision Mahnı Müsabiqəsini Cristal-Plazada izləmək üçün bizə xüsusi dəvətnamələr verilməlidir. Bu müsabiqə paytaxtımızda çox möhtəşəm bir şəkildə keçiriləcək. Hesab edirəm ki, bizim də müsabiqəni izləməyimiz vacibdir. Biz də yarışmanı izləyib öz şəxsi fikirlərimizi bildirməliyik. Biletə gəlincə, bilet almamışam. Amma dəvət etsələr, niyə də getməyim ki?
Başı yeni layihələrlə qarışan tanınmış müğənni, əməkdar artist Lalə Məmmədovanın prodüsseri İlkin Babayev bir çox həmkarları kimi Lalə xanımın da həmin müsabiqəni izləmək istədiyini bildirdi:
Lalə xanım müsabiqəni izləmək üşün bilet almayıb. Amma onun yaxınları bilet alıblar. Televiziya vasitəsilə təbii ki, hamımız bu möhtəşəm yarışı iazləyəcəyik. "Lalə xanım Səbinə Babayevanı dəstəkləyir və onun Azərbaycanı bu beynəlxalq müsabiqədə layiqincə təmsil edəcəyinə inanır".
Sevilən müğənni Röya Ayxan da "Eurovision-2012" musiqi yarışmasına bilet almayıb:
"Amma müsabiqəni "Cristal Plaza" da yox, televiziya vasitəsilə mütləq izləyəcəyəm. Amma çox istəyərdim ki, final konsertini canlı izləyim. 28 may respublika günü münasibətilə bir çox səfərlər gözlənilir. İnşallah Baklıda olsam final gecəsinə mütləq qatılacam".
Gənc müğənni Sevda Yəhyayeva da Eurovision-2012 Mahnı Müsabiqəsini bir çox həmkarları kimi televiziya vasitəsilə izləyəcək: "Bilet almamışam, amma istəyərdim şəhərimizdə keçiriləcək bu müsabiqəni mən də yaxından izləyim. Çünki bu il müsabiqənin Bakıda keçirilməsi hər birimiz üçün olduqca sevindirici haldır".
"Əjdaha" ləqəbli müğənni Nadir Qafarzadə isə müsabiqənin keçiriləcəyi gün Bakıda olmayacaq. Yeni klipinin çəkilişlərini Avropada həyata keçirməyi qərarlaşdıran müğənni "Eurovision-2012" Mahnı Müsabiqəsini peyk vasitəsilə televiziyadan izləyəcək: "Müsabiqəyə bilet almamışam. Təbii ki, "Eurovision-2012" Mahnı Müsabiqəsini izlmək istəyərdim. Lakin Avropada klip çəkilişlərim var".
Nisə Rafiqqızı