“Eurovision”u işıqlandıracaq jurnalistlərə akkreditasiyası vəsiqələri verilir

"Eurovision 2012" Mahnı Müsabiqəsini işıqlandırmaq üçün akkreditasiyadan keçmiş yerli media nümayəndələri və fanatlar vəsiqələrini ala bilərlər. Lent.az-ın "eurovision.az" saytına istinadən verdiyi xəbərə görə, vəsiqələr Dövlət Bayrağı Meydanı ərazisindəki Akkreditasiya Mərkəzində şəxsiyyəti təsdiqləyən sənəd (şəxsiyyət vəsiqəsi) əsasında veriləcək."Eurovision.tv" saytında akkreditasiyadan keçməsinə dair təsdiq alan yerli media nümayəndələri və fanatların bu gün şəxsiyyəti təsdiqləyən sənədlə Akkreditasiya Mərkəzinə müraciət etmələri xahiş olunur. Akkreditasiya vəsiqələri "Eurovision" Mahnı Müsabiqəsində media nümayəndəsi kimi fəaliyyət göstərməyə əsas verən sənəddir.Qeyd edək ki, Avropa Yayımları Birliyinin qaydalarına əsasən, pressa akkreditasiyası ilə "Eurovision" Mahnı Müsabiqəsinin əsas məşqləri və canlı konsertlərində (21, 23, 25 may əsas məşqlər, 22, 24, 26 may canlı şou konsertləri) iştirak və çəkiliş etmək qadağandır.Akkreditasiya mərkəzi hər gün (bazar günü daxil olmaqla) saat 20:00-dək işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31