İstanbulda dağıdıcı zəlzələnin tarixi açıqlandı – 2014 VIDEO
Professor İşıkara zəlzələni daha az ziyanla başa vurmaq üçün insanları daha sağlam binalara köçürmənin vacibliyini vurğulayıb
11 May 2012 13:04 MədəniyyətTürkiyənin tanınmış zəlzələ mütəxəssisi, "Kızılay" (Qırmızı Aypara) fondunun prezidenti professor Əhməd Mete İşıkara İstanbulda baş verəcək böyük zəlzələnin tarixini açıqlayıb. Mərmərə hövzəsində potensial zəlzələ təhlükəsi olduğunu deyən İşıkara 2014-cü ilin xüsusilə risqli olduğunu vurğulayıb. İşıkara güman olunan zəlzələnin İstanbulda ən çox təsir edəcəyi yerləri də açıqlayıb. "Zəlzələ İstanbulda ən çox Zeytunburnuna təsir edəcək. Sahil zolağında Bakırköy, Florya, Kiçikçəkməcə, Avcılar, Böyükçəkməcə də bu qəbildəndir. İstanbulun Asiya tərəfində isə Kartal və Pendikə təsir edəcək". Professor İşıkara zəlzələni daha az ziyanla başa vurmaq üçün şəhərlərin müasir inkişafı proqramı çərçivəsində insanları daha sağlam binalara köçürmənin vacib olduğunu vurğulayıb.