Ermənilərin "Eurovision-2012" ilə bağlı növbəti yalanı ifşa olundu
Erməni mətbuatı əsassız olaraq “Eurovision”a dəvət olunmayanlar sırasında EMİN-nin də adını hallandırır
10 May 2012 18:41 MədəniyyətAvropanın əsas musiqi bayramı "Eurovision" yaxınlaşdıqca, bu yarışdan nümayişkaranə surətdə imtina edən Ermənistanın kütləvi informasiya vastələri onu gözdən salmaq və ləkələmək üçün müxtəlif üsullara əl atırlar. Məsələn, gah hansısa küçədə Azərbaycanın bayrağını asfalt üzərinə çəkərək tapdayırlar. Gah da xarici ölkələrin sarı mətbuatından istifadə edərək bildirirlər ki, tanınmış sənətkarlar ya müsabiqəyə dəvət olunmayıblar, ya da ondan imtina ediblər.Erməni mətbuatı "Eurovision"a dəvət olunmayan tanınmış incəsənət ustaları sırasında məşhur müğənni EMİNin də adını hallandırır. ANS-in Avropa Yayım Birliyindən aldığı məlumata görə "Eurovizion"un açılış və bağlanış intervalında çıxış edəcək ifaçı və qrupları müəyyənləşdirmək bu qurumun müstəsna səlahiyyətidir və seçim prinsipləri qohumluq əlaqələrinə əsaslanmır.Belə ki, yarışın açılışında Alim Qasımov, Natiq Ritm qrupu və "Eurovision" müsabiqəsinin keçmiş iştirakçıları çıxış edəcəklər. Bağlanış intervalında çıxış etmək üçün isə Avropa Yayım Birliyi yalnız müğənni EMİNni seçib. Çünki Emin Ağalarov həm Avropanın nüfuzlu hit paradlarında, həm də Azərbaycanda kifayət qədər tanınmış sənətçidir.ANS-in eksklüziv məluamatuna görə, EMİN bu saat Avropanın əsas musiqi bayramına ciddi hazırlaşır və əsl musiqini, Azərbaycanı sevən hər bir kəsi çox möhtəşəm olacaq konsertə dəvət edir.Yeri gəlmişkən, Emin Ağalarov bu və bir sıra digər maraqlı məsələlər barədə sabah jurnalistlərə ətraflı məlumat vermək üçün mətbuat konfransı keçirəcək.