Aslan Hüseynov bəstəkar qıtlığından şikayətləndi

Qırğızıstanın əməkdar artisti  müğənni Aslan Hüseynov peşəkar bəstəkar qıtlığından şikayətçidir. Yaxın günlərdə ad gününü qeyd edəcək müğənni Aslan Hüseynov  "Olaylar"a açıqlamasında bəzi bəstəkarların mahnılarının bir-birinə bənzədiyini, hətta eynisi olduğunu deyib.  "Ələkbər Tağıyev not bilməsə də  onun mahnıları bu gün də sevilir. Amma elə bəstəkarlar var ki, musiqi təhsilləri ola-ola bir-birinə oxşar mahnılar yazırlar. Bir mahnının bir neçə dəfə təkrar olaraq oxşarını bəstələyirlər. Yəni özləri-özlərindən mahnı oğurlamış olurlar".Müğənni  onu da bildirib ki, bəzi müğənnilər peşəkar bəstəkarlarla işləmək istəmirlər: "Çünki sanballı əsərə görə sanballı da pul vermək lazım gəlir. Bu səbəbdən o,  başlayır bayağı mahnılar oxumağa".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31