"Eurovision" ərəfəsində İçəri Şəhərdə maraqlı layihəyə start veriləcək

Qədim şəhərdə nüfuzlu mahnı müsabiqəsinə hazırlıq davam edir. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Eurovision" mahnı müsabiqəsinə gələcək xarici turistlərin və paytaxtımızın qonaqlarının "İçəri Şəhər" və "Qala" qoruqlarında istirahətinin rahat və mənalı keçirmələri üçün müvafiq hazırlıq tədbirlərini davam etdirir. Qoruq İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, otel, ticarət və ictimai iaşə obyektlərin işçilərinə keçilən sürətli ingilis dili kursları artıq bitmək üzrədir. Bununla yanaşı Qoruq İdarəsinin tabeliyində olan muzeylərin bələdçilərinə vahid geyim formaları hazırlanıb və muzey işçilərinə turistlərin qarşılanması və davranış qaydalarına dair seminarlar keçirilib. Eurovision ərəfəsində "Ask me" (Məndən soruş) adlı maraqlı layihəyə start veriləcək. Layihəyə əsasən yerli və xarici könüllülər İçəri Şəhər ərazisində üzərində "Ask me"(Məndən soruş) yazılmış köynəklərdə gəzəcək və turistləri lazımi informasiya ilə təmin edəcək, onlara bukletlər və təbliğat materialları paylayacaqlar. Layihənin əsas maraqlı tərəfi İçəri Şəhərdə turistlərə informasiyanın artıq Azərbaycanda müəyyən müddət yaşayan, mədəniyyətimiz və tariximizlə tanış olan xarici könüllülər tərəfindən verilməsidir. Hazırda layihədə iştirak edən könüllülərə Qoruq İdarəsi tərəfindən xüsusi treninqlər keçirilir.
Artıq ərazidə turistlərə informasiya və ekskursiyalar haqqında məlumat verilməsi üçün 3 ədəd yeni informasiya köşkü quraşdırılıb. Bakı şəhərinin simvolu olan Qız Qalası abidəsində muzey konservasiyası işlərinin birinci mərhələsinin bitməsi ilə əlaqədar olaraq abidənin fasadında quraşdırılmış ayaqaltılar və digər avadanlıqlar sökülmüşdür. BeləlikləQız Qalasının vizual görüntüsü ilə turistlərin zövqünü oxşamağa hazırdır. Hazırda Qız Qalasının daxilində ekspozisiyanın genişləndirilməsi və təqdimatının dəyişdirilməsi üzərində iş gedir.
İctimai iaşə obyektlərinin sayının artırılması istiqamətində görülən işlər çərçivəsindəmilli mətbəximizin ləziz nümunələrini təqdim edən bir sıra yeniobyektlər açılıb.
Görülən işlər barədə ictimaiyyətin məlumatlandırılması davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31