"Kuzey Güney": -baş verənlər VIDEO

Fərhad Simay vasitəsilə Kuzeyə mesaj göndərir.  Zeynəbin Gültengilin evində qalmağa başlaması ilə Cemre Kuzeylə Zeynəb arasındakı münasibətlərə daha yaxından şahidlik etməyə məcbur olur. Kuzey isə Zeynəblə atasının arasını düzəltməyə çalışsa da, uğur əldə edə bilmir. Digər tərəfdən, Fərhadın Simay vasitəsilə ona vermək istədiyi mesajı anlayan Kuzeyin sevdiklərini qorumaq üçün yardım istəyə biləcəyi yeganə adam Bəkir olur. Kuzey ətrafındakı bəlalardan qurtulmaq istədikcə, Bəkirə borclu olduğunu hiss edir.Qəlbindəki eşqə gücü çatmayan Cemre daha çox əzab çəkir. Barışın marağı çətin vaxtlarında Cemreyə qaça biləcəyi bir liman olur. Barış və Cemre baş-başa keçirdikləri saatlarda bir-birlərinin bilmədikləri tərəfləri ilə tanış olurlar. Cemrenin Barışla münasibətlərinin olduğunu düşünən Kuzey isə bundan duyduğu narahatlığı ətrafdakılara bəlli etməmək üçün böyük səy göstərir.

Güneyin Banunun keçmişi ilə bağlı suallarının artması onu da bu məsələdə yeni tədbirlər görməyə məcbur edir. Barış isə Güneyi həyatlarından çıxarmaq üçün Burak Çatalcalı faktorundan istifadə edir. Lakin o öz gələcəyi ilə bağlı böyük bir qumar oynadığını hiss etmir. Güney isə Kuzeyin yeni işini özündən asılı vəziyyətə gətirəcək planını işə salır. Gerçəklər ortaya çıxanda Kuzey Güneyə rəğmən önəmli bir qərar vermək məcburiyyətində qalır.Çətin bir günün sonunda Barışla Cemreni birlikdə görmək Kuzeyə çox ağır gəlir. Kuzey hamının gözü önündə özünə nəzarəti itirir və bu təkcə Cemreni sevindirir. Digər tərəfdə isə Sinanerlərin həyatını dəyişdirəcək mərhələ Burak Çatalcalının ortaya çıxması ilə başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31