Səbinə Babayeva Amsterdama gedir
"Eurovision" təmsilçimiz 23 ölkədən olan şou iştirakçısı ilə eyni səhnəni paylaşacaq
19 Aprel 2012 12:20 MədəniyyətAzərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Səbinə Babayeva aprelin 21-də Amsterdamda 23 ölkədən olan şou iştirakçısı ilə eyni səhnəni paylaşacaq. O, şou iştirakçılarının və fanların müsabiqə öncəsi toplaşdığı ən irimiqyaslı tanıtım layihəsi olan "Eurovision in Consert"də iştirak edəcək. Konsert müddətində ölkə təmsilçilərinin beynəlxalq media nümayəndələri ilə görüşü və gəzintilər də nəzərdə tutulur. Şou Niderlandın "Eurovision 2012" təmsilçisi Joan Frankanın çıxışı ilə açılacaq.
Səbinə Babayeva həmçinin aprelin 29-da Londondakı "Eurovision" tədbirinə (Eurovision Party) qatılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31