Məşhur aktrisanı şaqqaladılar

Hindistanın ən məşhur aktrisalarından biri, Bollivud ulduzu Minakşi Tapar qətlə yetirilib.


Onun şaqqalanmış cəsədinin parçaları müxtəlif yerlərə atılıb. Milli.Az "Gather"ə istinadən bildirir ki, Hindistanda ötən il "404" adlı qorxu filmində baş rol oynamış 26 yaşlı aktrisanı həmkarları, 2 aktyor, pul almaq üçün girov götürərək qaçırmışdılar. Taparın ailəsindən 1,5 milyon rupi istəyən canilər pulları almayacaqları təqdirdə Minakşini pornofilmlərə çəkəcəklərini demişdilər. Onlar istəklərinə çatmayınca Menakşini boğublar, sonra da onun cəsədini şaqqalayaraq şəhərin müxtəlif yerlərinə atıblar. Anası isə qızı Minakşini xilas etmək üçün canilərin dedikləri bank hesabına 60 min rupi köçürmüşdü. Lakin artıq gec idi.
Minakşinin kəsilmiş başı yol kənarına, bədəninin şaqqalanmış parçaları isə fərqli yerlərə atılmışdı. Aktrisanı oğurlayaraq şaqqalamış 36 yaşlı Amit Caisval və onun sevgilisi Priti Surin həbs  olunublar. Polisin verdiyi məlumata görə, Caisval və Surin gənc aktrisanı aldadaraq Qorakhpur şəhərinə aparıblar. Aktrisa elə həmin şəhərdə öldürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31