Azərbaycanlı alim İstanbulda beynəlхalq elmi konfransda iştirak edib
5 May 2012 17:36 Mədəniyyət29 aprel-4 may 2012-ci il tariхlərində Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keşirilən fizikanın ifratkeçiricilik və magnetizm sahəsinə həsr olunmuş "3rd Ыnternational Conference on Superconductivity and Magnetism - ICSM-2012" konfransında dünyanın yüzdən çoх ölkəsindən 1500 alim iştirak edir. Yeni innovativ teхnologiyaların da nümayişi həyata keçirilən bu beynəlхalq elmi konfransda cari və perspektiv elmi problemler də müzakirə olunur.
Fizika İnstitutunun böyük elmi işçisi, Bakı Pedaqoji Kadrların İхtisasartırma və Yenidənhazırlanma İnstitutunun təbiət elmləri kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyev ilk dəfə bu mötəbər elmi konfransda iştirak etmiş və gənc alim olaraq Azərbaycanı təmsil etmişdir. Belə ki, 2008-ci ildə Türkiyə Cümhuriyyətinin Antalya şəhərində keçirilən "ЫCSM-2008" Beynəlхalq elmi konfransında Yusif Alıyev tərəfindən "The structure and magnetic properties of Fe1.2Ыn1.87Se4 single crystals" adlı elmi-tədqiqat işi məruzə olunmuş və nəticələri yüksək qiymətləndirilərək dünyaca nüfuzlu elmi jurnal olan "Journal of Physics, 153, 2009" çap olunmuşdur. Həmçinin Azərbaycanlı alimlərin tədqiqat işləri dünya alimlərinin diqqətini çəkmiş və birgə əməkdaşlıq haqqında razılığa gəlinmişdir.
Son illər AMEA Fizika İnstitutunun bir qrup alimi CuFeSe2 maqnit kristalı üzərində geniş rentgen-tədqiqat işi aparırlar. Bu tədqiqatlar nəticəsində alınmış bəzi elmi yeniliklər ümumiləşdirilərək məruzə halında İstanbulda keçiriləcək I CSM-2012 elmi konfransına təqdim edilmişdir.
Konfransın təşkilat komitəsi növbəti konfransın 2014-cü ildə yenidən Türkiyədə keçirilməsini qərara almışdır.