Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
8 May 2012 16:52 MədəniyyətÜmumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, müsabiqənin məqsədi uşaq və gəncləri Heydər Əliyev ideyaları ruhunda tərbiyə etmək, istedadlı gəncləri üzə çıxarmaqdır.
Məktəb, rayon (şəhər) və respublika mərhələsindən ibarət olan müsabiqə 3 yaş qrupu (6-10, 11-14, 15-18 yaş qrupları) üzrə keçirilib. Müsabiqənin respublika mərhələsinə 200-ə yaxın rəsm işi təqdim edilib, nəticədə 27 qalib müəyyənləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31