Musiqili Teatrda Yaradıcılıq Studiyası fəaliyyətə başladı

Azərbaycan Dövlət Musiqili Teatrında Yaradıcılıq Studiyası bu mövsümdə yenidən fəaliyyətə başlayıb. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, rəhbəri Əməkdar İncəsənət xadimi, Prezident mükafatçısı, tanınmış rejissor Əsgər Əsgərov olan studiyanın ilk məşğələsi keçirilib. Məşğələdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə və Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31