"Sevgisiz yaşaya bilmərəm" - Hüsniyyə

Əməkdar artist Hüsniyyə Mürvətova sevgidən danışıb. Axşam.az-ın məlumatına görə, aktrisa həyatını sevgisiz təsəvvür etmədiyini deyib: "Sevgi mənim üçün hər şeydir. Hər zaman düşünürəm ki, "Bu hiss bu qədər özəldirsə, görün onu yaradan Tanrı necə gözəldir". Qurban olum bu hissi bizə verən Allaha. Ataya, anaya, yara, övlada, işə sevgi mütləqdir. Onsuz heç nə mümkün deyil. Həmişə eşq mahnıları oxuyuram. Çünki mən özüm eşqəm. Sevgisiz yaşaya bilmərəm. Əsasən də sənət adamları sevgisiz yaşaya bilməz. Son zamanlar sevgiyə qarşı etinasızlıq yaranıb. İnsanlar münasibəti nələrinsə üstündə qururlar. Bunlar yanlışdır. Sevmədən necə ailə qurub, onla yaşamaq olar? Qadının pulu var deyə, onunla birlikdə olmaq yanlışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31