Ayanın Israildə Andromeda sevgisi
29 Oktyabr 2015 11:32 MədəniyyətMüğənni Ayan Babakişiyeva istirahət üçün İsraili seçib. "Olaylar"az xəbər verir ki, müğənni uzaq səfərə anası və qızı ilə birlikdə gedib. İsraildə bundan öncə olmasına baxmayaraq, Ayan üçün bu səfər unudulmaz keçir. Ən əsası isə sənətçinin bu dəfə İsrailə həm ziyarət, həm ticarət məqsədi ilə getdiyini öyrəndik. Tel-əvivdə qalan müğənni və ailəsi, başqa şəhərləri, xüsusilə tarixi məkanlara səfər ediblər. Amma Ayan səfərinin ticarət hissəsini hələki sirr saxlamaqda isriarıdır. "Sabah yolumuz Yerusəlimədir. Hər bir şəhərin tarixi məkanlarını dolaşırıq. Bu səfər həyatımda başqa bir iz qoydu. Sanki 16 əsrə döndüm. Özümü orta əsrdə yaşayan biri kimi hiss etdim. Bundan öncə də İsraidlə olmuşam. Amma vaxt tapıb, bu qədər gəzmək nəsib olmamışdı. Sanki doğma məskənimdəymiş kimi, özümü rahat hiss edirəm. Bəlkədə özümü belə xoşbəxt hiss etməmişdim" - deyən Ayan üçün bu səfərində bir Andromeda sevgisi yarandığını öyrəndik. Andromeda yunan mifologiyasının qəhrəmanıdır. Gözəlliyinə görə, dənizdə qayalıqlara bağlanan Andromedanı dəniz canavarının ağzından Perseus xilas edir və orda saf sevginin təməli qoyulur. Uzun illərdir dənizdə ortasında yeləşən və qəhrəmanların məskəni kimi dağılmış qayalıqları milyonlarla sevgililər ziyarət edib. Ayanın tarixi məkana ziyarəti onda gözəl təəssüratlar yaradıb.
"Ora müqəddəs yerdi. Əsl sevgi hissi yaşayanlar, mütləq ora baş çəkir. Məndə gözəl hisslər yaşadım. Bu səfərim yaddaqalan oldu. Ən əsası ailəm yanımda oldu, heç kim üçün darıxmadım" - deyə müğənni bildirib.