Aşıqlar birliyində yeni lahiyə

Son illərdə bir sıra uğurlu layihələrə imza atan Azərbaycan Aşıqlar Birliyində yeni layihəyə start verilib. Bu barədə "OLAYLAR"a eksküliziv  məlumat verən Birliyin katibi Musa Nəbioğlu deyib ki, yeni layihə "Ustad aşıqlarımız" adlanır və layihə çərçivəsində ustad sənətkarlara həsr olunmuş kitabların nəşr olunması nəzərdə tutulur. Bu seriyadan ilk kitab Aşıq Ələsgərə həsr olunacaq: "Artıq bu istiqamətdə işlərə başlanıb. Bu böyük sənətkarın həyatı və yaradıcılıq fəaliyyətini əks etdirən məqalələr və elmi araşdırmalar toplanılır. Kitabda həmçinin A.Ələsgər yaradıcılığından incilər də yer alacaq".Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr olunacaq bu kitab cari ilin iyul ayında işıq üzü görəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31