"Həkimə getdim, dedi ki..." - Tolik
28 Oktyabr 2015 19:35 MədəniyyətProdüser Tolikin səhhətində problem yaranıb. Axşam.az-a açıqlama verən prodüser Yessentukiyə müalicəyə gedəcəyini bildirib: "14 gün orada qalıb, müalicə alacam. Çox əsəbiləşirəm. Bu da ürəyimə təsir edir. O gün halım pisləşmişdi, xəstəxanalardan birinə müayinəyə getdim. Ürək döyüntüm dəqiqədə 126 idi. Canımın qədrini biləcəyəm. Kiminsə məni əsəbiləşdirməyinə imkan verməyəcəyəm. Çünki əsəbdən səhhətimdə problem yaranır. Həkim də əsəbiləşməyi qadağan etdi. Həmişə müğənnilərə əsəbiləşmişəm, ikiüzlülükləri qəbul etməmişəm. Bundan sonra heç kimə baş qoşmayacam. Hamısına xəbərdarlıq edirəm ki, mənə sataşmasınlar. Onsuz hansına yaxşılıq etsəm də, gedib arxada məni pisləyəcəklər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31