“Salamat qal, ağca yol” film-kompozisiyası
Məhərrəm Bədirzadənin quruluşunda təqdim olunacaq
8 May 2012 13:11 MədəniyyətRejissor Məhərrəm Bədirzadə şairə və yazıçı Nurəngiz Günün "Salamat qal, ağca yol" poeması əsasında film-kompozisiya çəkib. Filmin süjet xətti Böyük Vətən Müharibəsi (1941-45) dövründə oğlu şəhid olmuş ağbirçək ananın oğul həsrətini çəkməsindən bəhs edir. İki gün çəkilişi aparılan film-kompozisiya Saatlı rayonunun Məmmədabad kəndində baş tutub. Rejissor Məhərrrəm Bədirzadənin "Olaylar" a verdiyi eksklüziv açıqlamaya görə filmdə baş rolu-ana obrazını Bakı Bələdiyyə Teatrının aktrisası əməkdar artist Hüsniyyə Mürvətova yaradıb. Müharibədə şəhid olan oğul obrazını gənc aktyor Sahil Hüseynzadə, gəlin rolunu isə Təranə Rəsulova canlandırıb.
Filmin operatoru Ramiz Bədirzadə, rejissor assistenti isə Bəhram Yaquboğludur. Qeyd edək ki, filmin çəkilişləri bitib, montaj işləri gedir. Film 9 May Qələbə günündə AzTV kanalında nümayiş olunacaq.