Səbinə Babayeva: "Valletta Bakıya çox oxşayır!"
7 May 2012 19:18 MədəniyyətAzərbaycanın "Eurovision 2012"dəki təmsilçisi Səbinə Babayeva Maltaya tanıtım turunu başa vurub. SİA-nın təmsilçimizin rəsmi səhifəsinə istinadən verdiyi məlumata görə, ölkə təmsilçimiz burada mətbuat nümayəndələri, pərəstişkarları və televiziya şousunun iştirakçıları ilə görüşüb. O, bir neçə televiziya və radio şousuna, o cümlədən "Radio B'Fast Show", "TVAM", "Gwida Magazine" proqramlarına dəvət olunub. Səbinə Babayeva Türkiyə və Malta təmsilçiləri Can Bonomo və Kurt Kalleya ilə birlikdə ölkənin çox populyar "Xarabank" televiziya şousunda da çıxış edib. Maltanın paytaxtını Bakı ilə müqayisə edən Səbinə belə deyib: "Maltadakı insanların sayəsində mən özümü evdəki kimi hiss etdim. Valletta çox gözəldir. Onun Bakıya bu qədər bənzədiyini heç vaxt düşünməzdim".