Musiqili Teatrda 106-cı mövsümün ilk premyerası - “Qafqazlı qardaşqızı”

25 sentyabr saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin "Qafqazlı qardaşqızı" operettasının premyerası olacaq. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, teatrın rus bölməsində hazırlanan tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əli Usubovdur. Rauf Hacıyevin möhtəşəm musiqisi, sevgi və intriqalardan ibarət maraqlı süjeti, düçündürücü, məntiqli yumoru ilə diqqət çəkən "Qafqazlı qardaşqızı" operettası indiyə qədər Moskvanın, Riqanın, Sankt-Peterburqun, Volqaqradın, Nalcikin Musiqili Teatrlarında tamaşaya qoyulub. Milli musiqi mədəniyyətimizin klassik əsərlərindən biri olan R. Hacıyevin bu möhtəşəm operettası Əməkdar incəsənət xadimi Əli Usubovun 1969-cu ildə Leninqrad Konservatoriyasını bitirdikdən sonra Moskva Teatrında tamaşaya qoyduğu ilk operetta, quruluş verdiyi ilk səhnə əsəri olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31