Özündə Alov qülləsini əks etdirən marka buraxılıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti Azərbaycan və Rusiyanın birgə buraxılışı olan iki yeni poçt markası nəşr etdirib. Bu barədə nazirlikdən verilən məlumata görə, markalar müasir memarlıq mövzusuna həsr edilib. Markalardan birinin üzərində ön planda Qız qalası, arxa planda isə Alov qüllələri təsvir olunub. Rusiyaya həsr edilmiş markanın üzərində isə ön planda Moskva Kreml, arxa planda Moskva-Siti kimi tanınan Moskva Beynəlxalq Biznes Mərkəzinin təsviri öz əksini tapıb. Poçt markalarının dəyəri 0,6 manat təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31