Hazirda Habil Əliyevin qidalanması süni aparat vasitəsilə aparılır. 

Ürək çatışmazlığından əziyyət çəkən xalq artisti Habil Əliyevin səhhəti bazar günü qəfil pisləşib. Vəziyyəti dəyişən kaman ustasi dərhal təcili tibbi yardim maşını ilə xəstəxanaya aparılıb. Vəziyəti ağır olduğundan musiqiçi müayinədən sonra reanimasiya şöbəsinə yerləşdirilib. 


Habil Əliyev - Xalq artisti
Foto: "El" jurnalının 99-cu buraxılışı

Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. 
Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib.