Faiq Ağayev xarici ölkələrdə yaşayan soydaşlarımıza səsləndi VIDEO
“Həqiqət carçıları olun”
18 Avqust 2015 12:36 MədəniyyətAzərbaycanın xalq artisti Faiq Ağayev Dağlıq Qarabağ münaqişəsi və ermənilərin tarixi məskunlaşma yerləri barədə obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün xarici ölkələrdə yaşayan soydaşlarımıza səslənib. Bu barədə "Facebook" ünvanında yazan F. Ağayev eyni zamanda ermənilərin Cənubi Qafqaza gəlmələrini əks etdirən sənədli filmin video-görüntüsünü paylaşıb. "Baxın bu sənədli filmə, dostlar. Xüsusən də xaricdə yaşayan soydaşlarımıza səslənirəm! Baxın və imkanınız olan hər bir yerdə digər millətlərin nümayəndələrinə sübutlu olaraq izah edin ki, ermənilər əsrlər boyu tarixi təhrif edib. "Hay"ların (ermənilərin) əsl mənşəyindən, tarixi və əzəli doğum - yaranma, yerləşmə, məskunlaşma ərazilərindən doğru-dürüst xəbər verib ətrafınıza. Həqiqət carçıları olun. ÜmumAzərbaycan, Qarabağ mücadiləsinə əməli, faktiki sənədlərə əsaslanan töhvə verək hamımız. Qarabağ Azərbaycanın ürəyidir", - deyə xalq artisti qeyd edib.
"Olaylar.az" videonu təqdim edir: