Ayağı kəsilən xalq artistinin səhhətindən son xəbər

Bir neçə gün öncə ayağı amputasiya olunan Azərbaycanın xalq artisti Muxtar Maniyev palataya köçürülüb. Milli.Az xəbər verir ki, bu barədə axar.az-a aktyorun oğlu məlumat verib. Aktyorun oğlu atasının vəziyyətinin normala doğru getdiyini bildirib.

Qeyd edək ki, M.Maniyev avqustun 6-da Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Avqustun 11-də onun sol ayağı topuq nahiyəsindən amputasiya olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31