Rəşid Behbudovun heykəli ucaldılacaq
18 Aprel 2012 19:16 MədəniyyətPrezident İlham Əliyevin sərəncamı ilə yaxın bir il ərzində dahi Azərbaycan müğənnisi, xalq artisti Rəşid Behbudovun adını daşıyan küçədə mərhumun heykəli ucaldılacaq. SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, Rəşid Behbudov küçəsində xalq artistinin adını daşıyan 2 saylı onbirillik musiqi məktəbi və Mahnı Teatrı yerləşir: "Bununla yanaşı, bu küçədə həmçinin yaxın zamanlarda onun heykəli də ucaldılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31