"Kişilər də paxıllığımı çəkir" - Fatimə
17 Avqust 2015 20:18 MədəniyyətRəqqasə Fatimə Fətəliyeva onun paxıllığını çəkənlərə ismarış göndərib. Axşam.az-ın məlumatına görə, sənətçi "Onlar"a açıqlamasında maraqlı etiraflar edib: "Paxıllıq insanlar arasında var. Çox insanların gözü məni götürmür. Qadınları başa düşürəm. Amma kişilərin mənim paxıllığımı çəkdiyini eşidəndə dəhşətə gəlirəm. Mən öz işimlə məşğulam, yolumu kəsməsinlər. Mənimlə işləyən adamların belə beynini doldururlar ki, onunla çalışmayın. Bakı balaca şəhərdir, hər şey gəlib çatır. Allah onlara da o qədər pul yetirsin ki, başqasının qazanına qarışmasınlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31