"Öyle bir geçer zaman ki": Əli və Karolin boşanma astanasında VIDEO
Yeni seriyada nələr olacaq?
7 May 2012 16:01 Mədəniyyət"Öyle bir geçer zaman ki" serialının yeni seriyasının fraqmentləri yayımlanıb. Yeni seriyada nələr olacaq?
Aylinin bətnindəki körpənin atasının Tarık olduğunu bildirməsi Soneri dəli edir. O, uşağın atasının özü olduğuna əmin olmaq istəyir. Amma Aylin onunla danışmağı rədd edir. Üstəlik, Aylin Tarıkla dərhal evlənmək üçün sənədləşmə işlərinə başlayır.Selmanın hissələrini ala bilməyən Kənan Cəmilə və atelyedəkiləri çətin durumda qoyacaq yeni addımlar atır. İstehsal etdiyi mallar əlində qalan Cəmilə pulsuzdur. Lakin o təslim olmur və yeni çıxış yolu tapır.Əli kapitana məhkəmədən məktub gəlir. Karolin ona qarşı boşanma iddiası qaldırır. Mustafanı vermək istəməyən Əli Karolinlə söhbət etməyə gedir.Hakan qızını atasının əlindən qurtarmaq üçün onunla uzlaşmağa çalışır. Lakin Əkrəm Tatlının Zəhranı təslim etməzdən əvvəl bir neçə şərti var. Berrin qızından alacağı ümid dolu xəbəri gözləyərkən Zəhra gözlənilməz şəkildə evə qayıdır. Zəhranın fərqli şəraitdə anasına qovuşduğunu görən Hakan çətin bir qərar verir.Ata olacağı üçün sevinən Soner Analar Günü üçün Aylinə sürpriz hazırlayır. Tarık isə Sonerə zəng edərək, onunla söhbət etmək istədiyini deyir. Aylinə aşiq olan Soner və Tarık bütün məsələləri həll etmək üçün görüş təyin edirlər.