"Öyle bir geçer zaman ki"də şok: aktrisa ilə polis maraqlanır
7 May 2012 15:38 MədəniyyətTürkiyənin məşhur teleseriallarından biri olan "Öyle bir geçer zaman ki"nin çəkiliş qrupunun üzvlərindən birinin dediyinə görə, "şok yaşayırlar". Səbəb isə serialda baş rollardan biri Karolini oynayan alman aktrisa Vilma Ellesin sənədlərinin qaydasında olmamasıdır.Milli.Az "Milliyet"ə istinadən bildirir ki, pasport və viza prosedurları ilə bağlı İstanbul polisinə yollanan Ellesin Türkiyədə müvəqqəti yaşamaq və işləmək izninin olmadığı bəlli olub.Polis bu sənədləri istədiklə Elles yalnız Türkiyədə qalmaq icazəsinin olduğunu deyib."Sənədlər həmişə çantamda olub. Çox yəqin, sənədləri ya oğurlayıblar, ya itiriblər", - Elles deyib.Bundan sonra aktrisa Fatih Şehid Tevfik Erciyes polis idarəsinə gedərək sənədləri itirməsi barədə ərizə yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31