"Eurovision 2012"nin ən cazibədar qadın və ən yaraşıqlı kişi təmsilçisi seçilib

İlk pillədə Eleftheria Eleftheriou və Roman Lobdur

Xorvatiyanın Eurosong.hr saytında maraqlı səsvermə keçirilib. Eurovision.az saytı xəbər verir ki, iştirakçılar Eurovision Mahnı Müsabiqəsi 2012-nin ən cazibədar xanım və yaraşıqlı oğlan təmsilçisini seçiblər. Səsvermənin nəticələrinə görə, Eurovision Mahnı Müsabiqəsi 2012-nin ən cazibədar qjavascript:void(0)adın iştirakçısı 42.2%-lə Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou olub. Ən yaraşıqlı kişi təmsilçi isə Roman Lob seçilib.

Saytın səsverməsinin nəticəsi belədir:
Ən cazibədar qadın təmsilçi:
1. Yunanıstan - Eleftheria Eleftheriou 42.2%
2. Bosniya və Herseqovina - Maya Sar 26.91%
3. Rumıniya - Elena İonescu 14.22%
4. Kipr - İvi Adamou 10.55%
5. Fransa - Anqun 6.12%
Ən yaraşıqlı kişi təmsilçi:
1. Almaniya - Roman Lob 35.45%
2. İslandiya - Jónsi 29.11%
3. Malta - Kurt Kalleya 16.66%
4. Moldova - Paşa Parfeny 12.21%
5. Estoniya - Ott Lepland 6.57%

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31