Türkiyənin tanınmış şairi, professor Nurullah Gənc və millət vəkili Qənirə Paşayeva gənclərlə görüşdü

"Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış şairi, professor Nurullah Gənc Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunu (GYF) ziyarət etmiş, müxtəlif universitetlərdə təhsil alan gənclər qarşısında  "Milli-mənəvi dəyərlərimizdə ədəbiyyatın rolu və gənclik" mövzusunda geniş və ətraflı məruzə ilə çıxış etmişdi. Daha sonra Nurullah Gənc gəncləri maraqlandıran suallara cavab vermişdir.
Görüşdə millət vəkili Qənirə Paşayeva, "Şöhrət" ordenli şair Məmməd Aslan, yazıçı-publisist Əkbər Qoşalı, Gəncliyə Yardım Fondunun rəhbərliyi iştirak etmişlər.
Sonda Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim Nurullah Gəncə Fond adından "Təşəkkürnamə" təqdim etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31