Yaradıcı insanların nəzərinə

Müəllif Hüquqları Agentliyi  əsərin və ya əlaqəli hüquqlarının obyektlərinin elektron qeydiyyat xidməti artıq fəaliyyətə başlayıb.  Onlayn qeydiyyat xidmətinin köməyi ilə müəllif (hüquq sahibi) əlavə vaxt itirmədən elektron poçt vasitəsilə agentliyin saytına daxil olaraq, öz əsərini (ifasını) qeydiyyatdan keçirə bilər. Dərc edilmiş və ya dərc edilməmiş əsər (ifa) yalnız müstəsna hüquq sahibi tərəfindən qeydiyyatdan keçirilə bilər. "Olaylar"ın ictnews elektron xəbər xidmətinə verilən məlumata görə, agentlikdən verilən məlumata əsasən,  əgər əsər dərc edilməyibsə, bu halda əsər səhifələnmiş elektron fayl kimi ərizə nümunəsinə əlavə olunmalıdır. Kitab formatında olan əsər (yəni dərc olunmuş əsər) "pdf.", "doc." formatlarında, təsviri sənət, heykəltaraşlıq, rəngkarlıq, qrafika əsərləri, dizayn, memarlıq əsərləri "cpg.", "gif.", "bmp.", "tif.", "pjx." formatlarda, musiqi əsərləri "mp3.", "mp2.", "wma.", "wav.", "flaj." audio formatlarda ərizəyə əlavə olunmalıdır. Əlaqəli hüquqların obyektləri isə "avi.", "wmv.", "mpg.", "vob.", "flv." formatlarında müvafiq ərizə nümunələrinə qoşulmalıdır. Ərizədə göstərilən digər sənədlər rəqəmli şəkildə təqdim olunur. Əsərin qeydiyyatına görə dövlət rüsumunun ödəniş qəbzi ("Kapitalbank"ın yerli filiallarının birində 5 manat dövlət rüsumu ödənilməlidir) poçt vasitəsilə göndərilməlidir. Qeydiyyatla bağlı yaranan suallarla bağlı istifadəçilər agentliyin saytında yerləşdirilmiş "Müəlliflik hüququ obyektlərinin qeydiyyatı Qaydaları"na istinad edə bilərlər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31