Can Bonomo ikinci tanıtım turuna başlayır
18 Aprel 2012 18:58 MədəniyyətTürkiyənin bu ilki Eurovision təmsilçisi Can Bonomo bu gündən ikinci tanıtım turuna start verəcək. SİA-nın məlumatına görə, Canın bu mərhələdə ilk dayanacağı İtaliya olacaq. O, burada "Love Me Back" mahnısı ilə müxtəlif televiziya proqramlarında çıxış edəcək. Can Bonomo aprelin 21-də Amsterdamda 23 ölkə təmsilçisi ilə birlikdə "Eurovision in Consert" layihəsində də təmsil olunacaq. Bununla da Türkiyə təmsilçisi tanıtım turunun ikinci mərhələsini yekunlaşdıracaq. Müğənninin bu səfəri 4 gün davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31