Elariz Məmmədoğlu Azərbaycanı qarış-qarış gəzir
5 May 2012 13:29 MədəniyyətMüğənni Elariz Məmmədoğlu 10 may gül bayramı ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində - Mingəçevir, Yevlax, Şəki və Gəncədə konsert proqramı ilə çıxış edib. "Olaylar" xəbər verir ki, müğənni konsertlərdən sonra növbəti klipinin çəkilişləri üçün kamera önünə keçəcək. O, özünün bəstələdiyi yeni mahnısına ekran həyatı verəcək.
"Olaylar" a verdiyi eksklüziv açıqlamada Səməd Səmədov, Ruhəngiz Musəvi, İzzət Bağırov üçün mahnılar yazan müğənni əcnəbi dillərdə mahnı oxuyacağını da istisna etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31