Səbinə Babayeva Maltaya gedib
3 May 2012 19:47 MədəniyyətAzərbaycanın "Eurovision-2012" təmsilçisi Səbinə Babayeva Avropa turnesi çərçivəsində Maltaya səfər edib. Trend eurovision.az saytına istinadən xəbər verir ki, Maltaya ilk dəfə səfər edən təmsilçimiz fanatları və yerli mətbuatla görüşəcək. Səbinə Babayeva mayın 4-də Maltanın "TVAM" kanalının səhər proqramında olacaq və "Radio B'Fast Show"ya müsahibə verəcək. Daha sonra o, "Gwida" jurnalı və esctoday.com saytının nümayəndəsi ilə görüşəcək. Səbinə həmçinin "Hadd Ghalik TV" şouda "When The Music Dies" mahnısını ifa edəcək. Səbinə üçün əsas hadisə ölkənin ən çox izlənilən "Şarabank TV" şousunda iştirak etməkdir. O, bu şouda Malta təmsilçisi Kurt Kalleya və Türkiyə təmsilçisi Can Bonomo ilə eyni səhnəni bölüşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31