“Space”in saytı Amacinin badına getdi

Space kanalının saytına haker hücumu olub. "Qafqazinfo"nun məlumatına görə, kanalın rəsmi saytında (spacetv.az) "Gülmədik, utandıq" başlığı ilə "Amaci" serialının müzakirəsinə həsr olunan "Kim haqlıdır" verilişindən video fraqment yerləşdirilib. Qeyd edək ki, mayın 1-dən efirə gedən "Kim haqlıdır" verilişində "Bu zalım dünyada doğulma" xalq arasında isə "Amaci" adı ilə məşhur olan serial müzakirə olunur və veriliş sosial şəbəkələrdə ən çox müzakirəyə olunaraq etirazla qarşılanıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31