Otellər ucuzlaşır
Müzəffər Ağakərimov: «Otellərin sayının artması qiymətlərə də təsir edir»
18 Aprel 2012 18:38 MədəniyyətÖlkədə fəaliyyət göstərən otellərin qiymətlərində ötən illərlə müqayisədə azalma müşahidə olunur. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov "OLAYLAR"a qiymətlərin münasib olduğunu bildirib: "Qiymətlərdə getdikcə azalma müşahidə olunur. Bakıda və regionlarda yeni otellər istifadəyə verilir ki, bu da rəqabətin yaranmasına səbəb olur. Rəqabətin yaranması isə qiymətlərdə də özünü göstərir. Əvvəlki illərlə müqayisədə qiymətlər aşağı düşüb. Tutaq ki, əvvəlki illərdə rayon mehmanхanalarında yaşayış üçün nəzərdə tutulan nömrənin qiyməti 60 manat idisə, indi 40 manat olub. Amma Bakıda qiymətlərin hansı vəziyyətdə olduğu yay fəslində daha yaхşı bilinəcək".